Müğənnilərimizin saxtakarlığı


Şou-biznes 05 Apr 2018 13:07:00 213 0

Müğənnilərimizin saxtakarlığı

Son illər "Youtube"da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsi ilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin "Youtube"da 2-3 milyonu aşması müşkül məsələdir. 

Lakin onlar arasında yüksək baxış toplayanların sayı az deyil. Bu isə nəinki dinləyicilərin, hətta rəqib ifaçıların özləri tərəfindən şübhə ilə qarşılanır. Təsadüfi deyil ki, şou üzvləri dəfələrdə bir-birilərini baxış sayını saxta yolla artırmaqda ittiham ediblər.

Artıq bəzi sənətçilər mahnıların hit olub-olmamasını, toy bazarlarındakı qiymətlərini baxış sayı ilə ölçürlər. Bu məqamda bildirək ki, "fake" baxış sayının birbaşa arıtırlmasında təkcə sənətçiləri ittiham etmək düzgün olmaz. Bəzən müğənnilərin PR və texniki işçiləri onlardan xəbərsiz belə bir addım atırlar. Onlar əməkdaşlıq etdiyi ifaçıların PR işini uğurlu həyata keçirdiklərini sübut etmək üçün bunu edirlər. 

Son.az İT mütəxəssislərinin köməyi ilə "YouTube analytics"ə müraciət edib. Rəsmi cavabda baxış sayı 1 milyonu aşan yerli məşhurların real göstəriciləri ortaya çıxıb. 

Məsələn, bütün klipləri sosial şəbəkədə 2-3 milyon baxış toplayan Sevil -Sevinc Səfərovaların son təqdim etdikləri "Dərdin nədir" layihəsi 3 milyon 739 min 423 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 109 min 450 nəfərdir. 

Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə ulduza çevrilən Damlanın "Fırtına" klipi də "fake"dir. Belə ki, "Youtube"ə 3 milyon 991 min 987 nəfər göstəricisi olan ekran işini, əslində, 836 min 791 nəfər izləyib.