Keçən il Bakıda həkim yanında uşaq ölümü qeydə alınmayıb


Digərləri 05 Apr 2018 12:34:00 268 0

Keçən il Bakıda həkim yanında uşaq ölümü qeydə alınmayıb

Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub.

Son.az report-a istinadən xəbər verir ki, bunu Stansiyanın Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müraciətlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 83 000-dən, onlardan xəstəxanalara yerləşdirilənlər çağırışların sayı 12 500-dən artıq olub ki, bu rəqəmdə azalma qeydə alınıb. Stansiyada əvvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunduğundan keçən il həkim yanında uşaq ölümü olmayıb".