Azərbaycan yenə öndədir


Digərləri 05 Apr 2018 12:15:00 306 0

Azərbaycan yenə öndədir

İnklüziv inkişaf indeksi ölkənin uğurlu innovativ tərəqqisinin göstəricisidir

Son.az "Azərbaycan" qəzetinə istinadən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun yazısını təqdim edir.

Cəmi 27 il öncə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası uğurla inkişaf edir. Müxtəlif beynəlxalq təşkilatlar mütəmadi olaraq Azərbaycanın fərqli istiqamətlərdə reytinqinin daim artdığını təsdiqləyən bilgilər tirajlayırlar. Dünya iqtisadi forumu 2018-ci ilin yanvarında dünya ölkələrində inklüziv inkişaf durumu ilə bağlı hesabat nəşr edib. Hesabata əsasən, Azərbaycan Respublikası inklüziv inkişaf göstəricilərinə görə, sabiq Sovetlər Birliyi ölkələri arasında birinci olmaqla, Avropa Birliyi və "Böyük yeddilik"ə (G 7) daxil olan bir sıra inkişaf etmiş dövlətləri geridə qoyub. Hazırkı məqalədə Azərbycanın bu uğuru qazanmasına yol açan və ilk dəfə bizim ölkədə tətbiq edilən innovativ dövlət idarəçiliyi texnologiyaları təhlil olunur. 

2018-ci il yanvarın son günlərində Dünya İqtisadi Forumu dünya ölkələrinin inklüziv inkişaf indekslərini əks etdirən hesabatı açıqlayıb. Davamlı inkişafın elementi hesab edilən inklüziv inkişaf ölkə iqtisadiyyatı və sosial sahənin elə idarə edilməsidir ki, o, cəmiyyətin inkişafının bütün sahələrini əhatə edir, iqtisadi və sosial göstəriciləri yaxşılaşdırır. İnklüziv inkişafın müsbət effekti bir qayda olaraq cəmiyyətin hər üzvü tərəfindən hiss edilən olur.  Ölkənin inklüziv inkişafının səviyyəsi xüsusi əmsal əsasında müəyyən edilir. Bu əmsal inkişaf etmiş və keçid iqtisadiyyatına malik ölkələr üçün ayrılıqda hesablanır. Bu indeksin hesablanması zamanı təkcə adambaşına düşən gəlirin artımı deyil, həmçinin ölkədə həyat səviyyəsi, yoxsulluqla mübarizənin səmərəliliyi, əhalinin müxtəlif təbəqələri arasında gəlirlərin bölünməsi xüsusiyyətini xarakterizə edən 11 digər parametr nəzərə alınır. İnklüziv inkişaf indeksinin hesablanması zamanı nəzərə alınan parametrlərə həmçinin davamlı inkişaf indikatorları da daxildir. Bunlara əhalinin şəxsi əmanətlərinin səviyyəsi, qlobal iqlim dəyişikliklərinə təsirlər, ölkənin demoqrafik siyasətinin xüsusiyyəti, xarici borcun həcmi və s. aiddir.  Dünya İqtisadi Forumunun Hesabatında əksini tapan müqayisəli inklüziv inkişaf qiymətləndirmələrinə əsasən, Azərbaycan Respublikası 4,69 bərabər indeksi ilə keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yer tutur. Bu, sabiq Sovetlər Birliyi ölkələri arasında ən yaxşı göstəricidirr. Sözügedən qrupda təmsil olunan Avropa Birliyi üzvləri arasında isə Azərbaycan yalnız Litva və Macarıstandan geridədir. İnklüziv inkişaf indeksinə görə, ölkəmiz Avropa Birliyinin Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Xorvatiya kimi üzvlərini qabaqlayır. Dünya İqtisadi Forumunun Hesabatına əsasən, Azərbaycanda inklüziv inkişaf indeksi İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa dövlətlərindəkindən yüksəkdir. Yaponiya və İsrailin inklüziv inkişaf indeksləri də bizim ölkədəkindən aşağı səviyyədədir. Doğrudur, qeyd olunan dövlətlər yüksək gəlirli ölkələr qrupuna aiddir və burada göstəricilərdən biri - yoxsulluq səviyyəsi bir qədər fərqli hesablanır. Buna baxmayaraq, qeyd edilən fakt Azərbaycanın inkişaf strategiyasının uğurundan xəbər verir.  Uğurlu inklüziv inkişaf üçün iqtisadi imkanların mövcudluğu vacib şərtdir. Lakin mövcud iqtisadi imkanların səmərəli idarə edilməsi bu prosesdə həlledici rol oynayır. Cədvəldə təqdim edilən informasiya da bunun sübutudur.


Xəbərə aid foto