Flora Kərimova: "Qorxumdan o məclisdə oturmadım"


Şou-biznes 05 Apr 2018 10:26:00 233 0

Flora Kərimova: "Qorxumdan o məclisdə oturmadım"

Xalq artisti Flora Kərimova maraqlı açıqlaması ilə diqqət çəkib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məclislərin birində başına gələn əhvalatı danışan sənətçi döyülmə təhlükəsi ilə üzləşdiyini bildirib:

"Məclislərin birində qonaq idim. Çıxış etmək üçün mənə söz verdilər. Məclisi olan adamın da qızı var idi. Çıxışımda dedim ki, qızı olmayan adam sonsuzdur. 

Bu sözləri deyib, mənim üçün ayrılan masada əyləşdim. Həmin vaxt çox ac idim. Gördüm ki, bir qadın əlini belinə qoyub hirsli-hirsli mənə doğru baxır. Yanımdakından soruşdum ki, qadın mənə niyə əsəblə tamaşa edir?! Cavab verdilər ki, həmin xanımın üç oğlu var".