Facebookdan 87 milyon istifadəçinin məlumatları oğurlanıb


Dünya 05 Apr 2018 08:43:00 198 0

Facebookdan 87 milyon istifadəçinin məlumatları oğurlanıb

Facebook sosial şəbəkəsinin şəxsi məlumatları "Cambridge Analytica" şirkətinə ötürülən istifadəçilərinin sayı 87 milyona çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.

"Bizim ehtimallara görə, əsasən ABŞ-dan olan 87 milyon istifadəçinin şəxsi məlumatları səhvən "Cambridge Analytica" şirkətinə ötürülüb", - deyə məlumatda bildirilir.