"Azərbaycanı layiqincə tərənnüm edirəm" FOTO


Digərləri 04 Apr 2018 23:49:00 277 0

"Azərbaycanı layiqincə tərənnüm edirəm"  FOTO

Ukraynanın xalq artisti Qurban Abbasov: Xalq musiqisinin köklərini bilməyən insanın ölkəsinin musiqi mədəniyyətindən, incəsənətindən xəbəri ola bilməz 

O gecə Truskavets şəhərinin "Karpatı" sanatoriyasının konsert salonuna yığışanlar sözün həqiqi mənasında zövq aldılar. Ukraynanın müxtəlif şəhərlərindən, ayrı-ayrı xarici ölkələrdən, o cümlədən Azərbaycandan istirahətə və müalicəyə gələn insanlar kurort-otelin salonundan dalğa-dalğa yayılan bu ecazkar səsin sehrinə düşdülər.  Ukraynanın xalq artisti Qurban Abbasov Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının təşkilatçılığı ilə keçirilən "Novruz konserti"ndə salonda olanlara klassik vokal nümunələri, Ukrayna mahnıları, ən əsası isə, ecazkar Azərbaycan musiqisi bəxş etdi. Azərbaycanın milli libasında və sənət dostu Natalya Kudryaşova ilə səhnəyə çıxan müğənninin dilindən Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Müslüm Maqomayevin musiqiləri süzüldükcə, tamaşaçılar həm Azərbaycan, həm də Ukrayna dillərində bu mahnıları dinləyərək heyran oldular.  

"Novruz bayramı şərq xalqlarının ən geniş yayılmış və məşhur bayramıdır. Bizim Truskavetsə qastrol konsertimizin də "Novruz" adlanması məhz bu bayramla əlaqədardır" - deyə müğənni "Kaspi"yə müsahibəsində söylədi:   -  Novruz bayramının Ukraynada qeyd olunması burada yaşayan insanları xalqımızın ən qədim bayramı ilə tanış edir. Bu bayramın tanıdılması isə bizim üzərimizə düşür. "Novruz konserti" proqramı ilə Ukraynanın şəhər və vilayətlərində çıxış edirik. Bu silsilədən sonuncu konsert proqramı Taras Şevçenko adına Kiyev Milli Universitetinin türk dilləri fakültəsində keçiriləcək. Həmin fakültədə Ukrayna və başqa xalqların tələbələri türk mədəniyyətini və dilini öyrənirlər. Biz də onların qarşısında "Novruz konserti" ilə çıxış edib öz adət-ənənələrimiz haqqında məlumat verəcəyik.    Azərbaycan bəstəkarlarının mahnıları   - Heç şübhəsiz, Ukraynanın xalq artisti adına layiq görülənə qədər uzun və çətin yaradıcılıq yolu keçmisiniz...

- Mən Naxçıvanda doğulmuşam. Musiqini isə uşaqlıqdan sevmişəm. Orta məktəbdə təhsil ala-ala o vaxtlar çox dəbdə olan pionerlər evinə gedirdim, uşaq xorunda oxuyurdum. Valideynlərim tərəfindən bəzən buna qadağa da qoyulurdu, onlar daha çox dərslərimlə məşğul olmağımı istəyirdilər. Mən isə inadımdan dönmədim. İfaçılıq sənətinə o qədər böyük marağım var idi ki, özümü bu sənətdən kənarda təsəvvür edə bilmirdim. Bir də onda ayıldım ki, bu maraq məni böyük səhnələrə gətirib çıxarıb. Orta təhsilimi başa vurduqdan sonra Ukraynada Çaykovski adına Kiyev Dövlət Konservatoriyasına qəbul olmaq istədim. Düzdür, çoxları bu istəyimə şübhə ilə yanaşdı. İmtahan və müsabiqələrdə tanınmış və təcrübəli musiqiçilərin səs imkanlarım haqqında səsləndirdikləri yüksək fikirlər mənə təkcə stimul vermədi, həm də gələcək həyatımı müəyyən etdi. Bu nüfuzlu təhsil ocağını bitirdikdən sonra Almaniyada işə dəvət olundum. 1986-1993-cü illərdə Almaniyanın opera səhnələrinə çıxdım. Həmçinin bu ölkədəki keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin hərbi ansamblında çalışdım. İstər Almaniyada, istərsə də digər Avropa ölkələrinə qastrollarım zamanı repertuarımda Azərbaycan mahnılarına yer ayırdım. O zaman çox da tanınmayan Azərbaycanı musiqisini tanıtmağa çalışdım. Almaniyada səkkiz il fəaliyyət göstərəndən sonra yenidən Ukraynaya qayıtdım. Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin azsaylı xalqların mədəniyyəti şöbəsinə işə qəbul olundum. Həmçinin Ukrayna Dövlət Sərhəd Xidmətinin mahnı və rəqs ansamblında işlədim. Bununla yanaşı Kiyev, şəhərindəki Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinə rəhbərlik etdim. Bu illər ərzində demək olar ki, Ukraynanın mədəni həyatında çox fəal iştirak etmişəm. Yaradıcılığım da heç vaxt diqqətdən kənarda qalmayıb. Beynəlxalq festivalların, dövlət qurumlarının, ictimai təşkilatların fəxri fərmanlarına, diplomlarına layiq görülmüşəm. Ukrayna prezidentinin fərmanları ilə 1999-cu ildə əməkdar artist, 2009-cu ildə xalq artisti adını almışam. 

- Ukraynadakı Müslüm Maqomayevin adını daşıyan Mədəniyyət Mərkəzi böyük müğənninin xatirəsinin yaşadılması üçün hansı işləri həyata keçirir?

- Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi 2009-cu ildə yaradılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini, dilimizi, tariximizi bu xalqa göstərmək, həm də Ukraynada yaşayan 124 xalqın qarşısında müxtəlif tədbirlərlə çıxış etmək, öz mədəniyyətimizi, tariximizi onlara aşılamaqdır. Azərbaycan Mədəniyyət Mərkəzi 1999-cu ildə Ukraynada yaranan Azərbaycan Konqresinin bir qolu kimi fəaliyyət göstərir. Mən, həmçinin konqresin nəzdində fəaliyyət göstərən "Azərbaycan" ansamblına rəhbərlik edirəm. 25 vilayətdə bu konqresin regional şöbələri var. Həmin bölmələr yerləşdiyi ərazidə Azərbaycanın mədəniyyətini, tarixini, diasporunu təbliğ edirlər. Burada yaşayan azərbaycanlılar çalışırlar ki, dövlətimizi bu ölkədə layiqincə təmsil etsinlər.    - Siz Ukraynada yaşadığınız və fəaliyyət göstərdiyiniz üçün təbii ki, repertuarınızı müxtəlif xalqların, həm də daha çox Ukraynanın mahnıları bəzəyir. Bəs Azərbaycan musiqisinə nə qədər yer ayırırsınız?


Xəbərə aid fotolar