Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 04 Apr 2018 23:07:00 271 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,17 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar martın 30-dan aprelin 2-dək birjalarda sövdələşmələr həyata keçirilməyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.