Kişilər o qadınlara xəyanət etmir ki... İlqar Mikayıloğlu ilə MÜSAHİBƏ


Şou-biznes 04 Apr 2018 21:54:00 368 0

Kişilər o qadınlara xəyanət etmir ki...  İlqar Mikayıloğlu ilə MÜSAHİBƏ

Son.az bildirir ki, bu dəfə publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını tanınmış aparıcı İlqar Mikayıloğlu tamamlayıb.

Hazırcavab aparıcının fikirlərini təqdim edirik:

- İndiki ağlım olsaydı...

- Sizə elə gəlir ki, mən indi ağıllanmışam?

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Şimal qütbü ilə cənub qütbünün yerini dəyişdirərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Xəyanətə layiq olmayan və ailəsini qorumağı bilən qadınları kişilər nadir hallarda aldadır.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Bu sualın cavabını qadınlar bilər. Hər halda ağılla gözəllik birləşsə, super olar.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Çünki onları gizlədiləsi başqa heç nələri yoxdur.

- Qadına qarşı şiddət...

- Atalarımız da deyib ki, "yaxşı at özünə qamçı vurdurmaz".

- Tez-tez təəssüf edirəm ki...

- Heç nəyə təəssüf etmirəm.

- Vanqa nənə ilə görüşsəydim...

- Ondan gözlərinin nə vaxt açılacağını soruşardım.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Məhz küsülü olduğum üçün ona heç bir sözüm yoxdur.

- Ən böyük səhvim o olub ki...

- Mənə elə gəlir ki, bütün səhvlərim böyük olub. Odur ki, onların arasında böyük-kiçik seçimi etmirəm.

- Tənhalıq insan üçün lənətdir, yoxsa..?

- Qətiyyən, bəzən xoşbəxtlik və rahatlıq deməkdir.


Xəbərə aid fotolar