4 otaqlı ev yanıb


Digərləri 04 Apr 2018 21:39:00 224 0

4 otaqlı ev yanıb

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Göygöl rayonun Zurnabad kəndində ümumi sahəsi 100 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin dəhlizinin tavanı 5 m2 və qamışdan ibarət çardağı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.