5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 10 il cəza verildi


Digərləri 04 Apr 2018 19:59:00 224 0

5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 10 il cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Zakir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, vəkil Əli Hüseynovun Trend-ə verdiyi məlumata görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Z.Əliyev hadisədə günahsız olduğunu bildirib.

Prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məhkəmədən bəraət istəyib. Vəkil bildirib ki, müvəkkilinin yol qəzasının baş verməsində günahı yoxdur.

Çıxışlardan sonra təqsirləndirilən şəxsə hökm oxunub.