Putin: "Rusiya, Türkiyə və İrandan başqa Suriyaya heç kim kömək etmir"


Dünya 04 Apr 2018 19:48:00 295 0

Putin: "Rusiya, Türkiyə və İrandan başqa Suriyaya heç kim kömək etmir"

"Rusiya, Türkiyə və İran Suriyada terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq əldə edib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada Suriya üzrə sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

V.Putin bildirib ki, tərəflər terrorçuluğa qarşı mübarizədə məlumat mübadiləsini və terrorçuluqla mübarizənin bütün aspektlərində üçtərəfli koordinasiyanı təşkil edəcək.

Rusiya prezidenti vurğulayıb ki, Suriyaya bu üç ölkədən başqa heç kim kömək etmir.

V.Putin əlavə edib ki, Rusiya terrorçuların Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat cəhdləri barədə təkzibolunmaz dəlillər əldə edib.