İsmayıllıda dəhşət: Bərbərə işgəncə verib videoya çəkdilər FOTO


Digərləri 04 Apr 2018 19:20:00 384 0

İsmayıllıda dəhşət: Bərbərə işgəncə verib videoya çəkdilər  FOTO

Hadisə 7 ay əvvəl Lahıc qəsəbəsində baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Lahıc qəsəbəsində yaşayan bir neçə nəfər bərbəri iş yerində döyüb, sonra isə başına təbii ehtiyaclarını ödəyiblər. Bununla da hirsi soyumayan şəxslər ''şikarları'' üzərində seksual xarakterli hərəkətlər ediblər.

İsmayıllı rayon Polis Şöbəsindən bildirilib ki, tərəflər arasında qarşılıqlı münaqişə olub. Münaqişə zamanı xoşagəlməz hadisə baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə bir nəfər təqsirləndirilir. 

Zərərçəkmiş şəxsin yaxınları iddia edir ki, işi araşdıran müstəntiq Rasim Məmmədov bərbərə qarşı haqsızlıq edib. İstintaq zamanı 9-10 nəfəri məsuliyyətə cəlb etmək əvəzinə, bütün günahları zərərçəkmiş şəxsə tərəf çeviriblər. Bu isə haqsızlıqdır və müstəntiqin qərarı vəziyyəti daha da qızışdıracaq.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, baş verən hadisədə iki tərəf var. Onlardan biri Lahıc qəsəbəsinə bitişik Ərəgid kəndindən olan yetkinlik yaşına çatmayan ruhi xəstə, digəri isə bərbərdir.  

Rəis müavininin sözlərinə görə, xoşagəlməz hadisə ötən il oktyabrın 3-də baş verib: 


Xəbərə aid fotolar