Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu


Digərləri 04 Apr 2018 18:10:00 215 0

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Son.az xəbər verir ki, AzTU-dan APA-ya verilən məlumata görə, S. Namazov 1994-cü ildə Azərbaycan Texniki Universitetini "fərqlənmə" diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub.