Prezident İlham Əliyev Könül Xasıyevaya fərdi təqaüd verib


Digərləri 04 Apr 2018 18:03:00 172 0

Prezident İlham Əliyev Könül Xasıyevaya fərdi təqaüd verib

Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin