Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə maddi dəstəyin göstərilməsi ilə bağlı müraciət edib


Digərləri 04 Apr 2018 18:05:00 229 0

Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə maddi dəstəyin göstərilməsi ilə bağlı müraciət edib

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının iclası keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Fondun Himayəçilər Şurasının sədri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK-nin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm addım adlandırıb. Fondun Azərbaycanda sosial və mənəvi sahələrin inkişafına əvəzsiz töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran Şura sədri onun təsis edilməsinin Prezident İlham Əliyevin milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut etdiyini vurğulayıb. Himayəçilər Şurasının sədri iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. S.Musayev iclasda Fondun illik fəaliyyət planının, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin müraciətinin və Fondun xərclər smetasının layihəsinin müzakirə ediləcəyini qeyd edib.