Putin ABŞı Suriyanı parçalamağa çalışmaqda ittiham etdi


Dünya 04 Apr 2018 17:49:00 240 0

Putin ABŞı Suriyanı parçalamağa çalışmaqda ittiham etdi

"Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Bəziləri Suriyanı parçalamağa, Orta Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ankarada prezident sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə Suriya böhranının tənzimlənməsinə həsr olunan görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib. 

Rusiya prezidenti deyib ki, Rusiya, Türkiyə və İran Astana prosesini davam etdirməyə qərar verib: "Bu proses sayəsində Suriyada İŞİD terrorçuları ciddi məğlubiyyətə uğradılıb, suriyalılar evlərinə dönməyə başlayıb. Suriya Milli Konqresi çərçivəsində əldə edilən razılıqlar da çox əhəmiyyətlidir. Suriyanın gələcəyini suriyalılar özləri təyin etməlidirlər".