Prokuror 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkim barədə bəraətdən protest verdi


Digərləri 04 Apr 2018 17:47:39 172 0

Prokuror 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkim barədə bəraətdən protest verdi

Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan Sumqayıt şəhər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib.

Bakı. Samir Əli - Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan Sumqayıt şəhər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Bu barədə Trend-ə açıqlamasında İ.Qəmbərovun vəkili Əli Hüseynov deyib. Vəkil bildirib ki, məhkəmənin bəraət hökmündən zərərçəkmiş tərəf apellyasiya şikayəti, prokurorluq isə protest verib: "Zərərçəkmiş tərəf və prokurorluq hökmlə razılaşmayıb. İş üzrə məhkəmə istintaqında Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqinin qanunsuzluqları açıq-aşkar ortaya çıxdığından hakim bəraət hökmü çıxardı. Lakin qarşı tərəf və prokurorluq şikayət verib" Qeyd edək ki,Sumqayıt Şəhər Məhkəməsində hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə İ.Qəmbərovun günahı sübuta yetirilmədiyindən ona bəraət verilmişdi.