Formula 1 Azərbaycan Qran Prisinə alının bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb


Digərləri 04 Apr 2018 17:49:14 200 0

Formula 1 Azərbaycan Qran Prisinə alının bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb

Bu proses aprelin 29-a yarış başlayanadək davam edəcək.

Bakı. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçıların nəzərinə çatdırır ki, aprelin 3-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Şirkətdən Trend-ə verilən məlumata görə, proses aprelin 29-a yarış başlayanadək davam edəcək. Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək. Onlayn alınan bilet vauçerləri 2018 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.