İsrail snayperi günahsız gənci qətlə yetirdi VIDEO FOTO


Digərləri 04 Apr 2018 12:51:00 253 0

İsrail snayperi günahsız gənci qətlə yetirdi  VIDEO  FOTO

Fələstinin Qəzza bölgəsində yerli sakinlərin kütləvi etirazları səngimək bilmir.

Dünənki aksiyalardan birində İsrail ordusunun snayperi 18 yaşlı fələstinli Əbdel Fəttah əbd əl Nəbini qətlə yetirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Əbdel Fəttah israilli əsgərlərdən qaçarkən arxadan vurulub.

İsrail Müdafiə Nazirliyi bəyanat yayaraq bu gəncin HƏMAS üzvü olduğunu, israilli hərbçilərə hücum etdiyini vurğulayıb.

Əbdel Fəttahın ailəsi isə deyilənlərin yalan olduğunu, gənc heç bir günahı olmadan qətlə yetirildiyini söyləyir.


Xəbərə aid fotolar