"Anar Yusifoğlunun debatlarda heç bir səhvi yox idi"


Digərləri 04 Apr 2018 12:48:00 255 0

"Anar Yusifoğlunun debatlarda heç bir səhvi yox idi"

Millət vəkili Sahib Alıyev İTV-də yayımlanan prezidentliyə namizədlərin debatları haqda fikirlərini bölüşüb.

Son.az deputatın sosial şəbəkədə yazdığı statusu təqdim edir:   Mən İctimai Televiziyanın efirində 11 aprel seçkisiylə bağlı gedən demək olar ki, bütün debatları izlədim. Gəldiyim bəzi nəticələr var ki, istəyirəm qısaca sizinlə bölüşüm. 

Birinci nəticə budur ki, debata qatılanların hamısı birgə bu seçkidə çox yüksək səs fərqiylə yenə də cənab İlham Əliyevə uduzacaqlar və bunu özləri də bilirlər. Çünki  gördüyü işlər, atdığı addımlar, yeritdiyi siyasət və bütün bunların qarşılığı olaraq xalqımızın ona bəslədiyi rəğbət  göz önündədir. İkincisi, onu anladım ki, seçkini boykot edən müxalifətçi dərnək rəhbərləri də öz maraqları baxımından düzgün addım atıblar. Ona görə yox ki, onsuz da onlar da digər qatılanlar kimi indiki Prezidentə uduzacaqdılar. Sadəcə, boykotçular 20-30 il bundan öncə səsləndirdikləri kif iyi verən və artıq insanlarda ikrah doğuran fikirləri təkrarlamaqdan o yana keçməyəckdilər. Çünki heç bir alternativ proqram və planları olmayıb, yoxdur. Eyni zamanda da  Qüdrət Həsənquliyevlə Zahid Orucdan fərli olaraq, ayrı-ayrı problemlərin həllinə yönəlmiş  qərəzsiz və konstruktiv tənqid də onlarlıq deyil. Niyə? Birincisi, boykotçuların bağlı oduqları çevrələrin istək və tələbləri başqadır, ikincisi isə qərəzsiz tənqid yanlış və doğruluğundan asılı olmayaraq vətənə, dövlətə sevgidən doğur ki, onlarda belə bir keyfiyyət varsa da, bunu sezmək mümkün deyil.