Artıq çəkidən xilas olmaq üçün mütləq oxuyun FOTO


Digərləri 04 Apr 2018 12:11:00 290 0

Artıq çəkidən xilas olmaq üçün mütləq oxuyun  FOTO

"Qarın əzələləri ( paxlavalar ) mətbəxdə yığılır"

İngilislərin belə bir sözü var. "Six pack are made in kitchen" ( Qarın əzələləri ( paxlavalar ) mətbəxdə yığılır".

Düzdür. Nə qədər idman etsək də, qarın əzələlərini qorumaq və onların üzərinin yağlanmaması üçün qəbul etdiyimiz qidalara diqqət yetirmək lazımdır.

Belə ki, qidalar normadan artıq qəbul edildikdə qarın bölgəsində ehtiyat maddə kimi piy formasında toplanır.

Bunu idmanla əritmək mümkündür. Lakin çox əziyyətli və yorucudur. Həm də qarın əzələləri üçün edilən idman hərəkətləri bu bölgədəki yağları əritmir, sadəcə həmin əzələləri böyüdür və möhkəmləndirir.

Bədəndəki yağları əritməyin müxtəlif yolları var. Bunları gündəlik idman hərəkətləri ilə də etmək olar. Lakin bu hərəkətləri çox etmək əzələlərin də həcminin azalması ilə nəticələnə bilər.

Buna görə də, qarın bölgəsindəki yağları əritmək üçün ən rahat yol "nəfsinizə güc gəlməkdir". Belə ki, karbohidrat qəbulunu azaltmaq lazımdır. Bu zaman bədən enerji üçün bədəndəki ehtiyat yağları istifadə edəcək.

Qeyd: Karbohidratları azaltdıqda bədən enerjiyə ehtiyac duyduğuna görə proteinlərdən də ( əzələlərdən ) istifadə edə bilər. Buna görə də, arıqlamaq üçün bol proteinli, az karbohidratlı qidalara üstünlük verin.

Karbohidrat tərkibli qidalar:

Lobya: 100 qram qaynadılmış (duzsuz) lobya 127 kalori ehtiva edir və bu kalorinin 92.7-si karbohidratdan qaynaqlanır.. Eyni miqdarda lobya gündəlik qida lifi ehtiyacının 20% -ni (7.4 qr) qarşılayır.

Soya: Həm karbohidrat, həm də zülal baxımından olduqca zəngindir. 100 qram qaynadılmış soya 173 kalori ehtiva edir və bu kalorinin 40-ı karbohidratdan, 58-i isə zülaldan qaynaqlanır. Eyni miqdarda soyanın tərkibinə 6 qram qida lifi daxildir və bu miqdar gündəlik qida lifi ehtiyacının 24'% -ni qarşılayır.

Mərcimək: Fosfor, mis, zülal, qida lifi, fol turşusu və manqan ehtiva edən mərcimək eyni zamanda sağlam karbohidrat üçün yaxşı bir qaynaqdır. 100 qram qaynadılmış mərcimək 116 kalori ehtiva edir və bu kalorinin 81.5-i karbohidratdan qaynaqlanır.

Noxud ləpəsi (noxudun 2 hissəyə ayrılmış forması): 100 qram qaynadılmış noxud ləpəsi 118 kaloridir və bu kalorinin 85,8-i karbohidratdan qaynaqlanır. Eyni miqdarda noxud gündəlik qida lifi ehtiyacının 33%-ni qarşılayır.

Kartof: 1 ədəd orta boy qaynadılmış kartof təxminən 28 qram karbohidrat ehtiva edir və bu miqdar gündəlik karbohidrat ehtiyacının təxminən 10% -ni qarşılayır.