Növbəti 4 günün havası AÇIQLANDI


Digərləri 04 Apr 2018 12:17:00 190 0

Növbəti 4 günün havası AÇIQLANDI

Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında deyib ki, aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək.

Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək".