ABŞ İncirlik bazasını tərk edir?


Dünya 04 Apr 2018 11:51:00 240 0

ABŞ İncirlik bazasını tərk edir?

"Türkiyənin İncirlik hərbi bazasını tərk etdiyimiz barədə xəbərlər həqiqəti əks etdirmir".

Son.az report-a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Conni Maykl ABŞ-ın silah deposunu İncirlikdən çıxaması barədə sualı cavablandırarkən bildirib.

"Türkiyə NATO-da müttəfiqimizdir. Türkiyənin İncirlikdəki hərbi hava bazası NATO və koalisiya üçün çox əhəmiyyətli rol oynamaqdadır. Belə xəbərlərin heç bir əsası yoxdur. ABŞ-ın Avropadakı qoşunlarına bağlı hərbçilərin xidmət etdikləri bölgələrdən hər hansı birini tərk etdiyimizə dair xəbərlərin heç bir əsası yoxdur. Bu xəbər etibarsızlığı artırmağa, birlikdə hərəkət etməyimiz, ortaq maraqlarımızı qorumağımızın vacib olduğu bir vaxtda bizi parçalayıb, bölməyə xidmət edir", - deyə o, vurğulayıb.