“AsstrA” ABŞ bazarında mövqelərini möhkəmləndirir (FOTO)


Digərləri 04 Apr 2018 11:44:00 220 0

“AsstrA” ABŞ bazarında mövqelərini möhkəmləndirir (FOTO)

“AsstrA” 2018-ci ilin yanvar ayından başlayaraq ABŞ ilə Avropa və MDB ölkələri arasında “qapıdan qapıyadək” idxal və ixrac göndərmələrini təklif edir.

Bakı. “AsstrA” 2018-ci ilin yanvar ayından başlayaraq ABŞ ilə Avropa və MDB ölkələri arasında “qapıdan qapıyadək” idxal və ixrac göndərmələrini təklif edir. Trend-in məlumatına görə, bu istiqamət üzrə logostik xidmətlərin göstərilməsi məqsədi ilə xüsusi “AsstrA USA” bölməsi təşkil edilib. Bölmənin mütəxəssisləri bu xidmətin yeridilməsi və inkişafı ilə məşğul olacaqlar. ABŞ-la bağlı marşrutlarda əməliyyat işi 29 agentin – amerikalı ekspeditorların və dəniz xətlərinin köməkliyi ilə həyata keçiriləcək. “AsstrA” öz müştərilərinə ABŞ-dan 15 idxal marşrutu üzrə logistik xidmətlər tədqim edir. Bu ölkədən təklif edilən ixrac göndərmələrinin sayı da 15-ə bərabərdir. Şirkətlər qrupu müxtəlif ədədi, təhlükəli və yüksək qiymətli yüklərin hava və dəniz yolu ilə daşınmalarına (FCL) üstünlük verir. Şirkətin Amerika bazarı ilə iş təcrübəsi “AsstrA USA” bölməsi fəaliyyətə başlamazdan əvvəl də olub. Bu istiqamətdə əsas müştərilərdən biri qismində Rusiyanın “Suxoyun mülki təyyarələri” SC (“Гражданские самолёты Сухого”) şirkəti çıxış edib. 2017-ci il ərzində ABŞ-la əlaqədar marşrutlarda “AsstrA”nın ümumi dövriyyəsi təqribən 1 milyon avro təşkil edib. Şirkət 2018-ci ilin sonunadək dövriyyəni üç dəfə artırmağı planlaşdırır. “AsstrA USA” layihəsinin rəhbəri Vladislav Laqun bildirib: “Biz qitələrarası istiqamətlərdə kompetensiyaların gücləndirilməsinə can atırıq. Şimali Amerika və Avropa arasında nəqliyyat axını isə natural ifadədə ümumdünya nəqliyyat axınının 6-7 faizini təşkil edir ki, bu da çox əhəmiyyətli göstəricidir. Biz məhz buna görə şirkətin inkişafı üşün böyük potensial görürük. Dövriyyənin böyük olmasını və güclü logistik provayderlərin mövcudluğunu nəzərə alsaq, ABŞ bazarında çox güclü rəqabət var. Lakin bizim MDB və Avropa ölkələri üzrə beynəlxalq avtomobil daşımaları bazarındakı etibarlı mövqeyimiz, eləcə də ABŞ-dan olan təcrübəli və peşəkar agentlər ilə əməkdaşlıq bizə münasib “qapıdan qapıyadək” xidmətini təklif etməyə imkan verir. Bununla bərabər, biz satış sahəsində ekspertizaya malikik, MDB və Avropa İttifaqı ölkələrində geniş müştəri bazamız var və həlilik ABŞ ərazisində elə də yayılmayan müştəriyönümlü iş aparırıq. Biz ümid edirik ki, bu keyfiyyət ilk yerli ofisimizin açılışından sonra Amerika nəqliyyat şirkətləri bazarında bizi başqalarından fərqləndirəcək”. “AsstrA” ABŞ-Almaniya-İsveçrə-Avstriya-ABŞ marşrutu üzrə konteyner daşımaları bazarında mövqelərin gücləndirilməsi üçün 2018-ci ilin ikinci rübündən etibarən alman, avstriyalı və isveçrəli daşıyıcılarını öyrənməyə başlayacaq. Çin və Amerika arasında dəniz və hava daşımaları xidmətini göstərmək məqsədi ilə 2019-cu ilin əvvəlində agent şəbəkəsinin inkişaf etdirilməsi planlaşdırılır. Şirkət qrupu 2020-ci ilin başlanğıcında ABŞ-da nümayəndəlik açmağı planlaşdırır. “AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.