Məşhur idmançını evində arvadı və uşağının gözü önündə öldürdülər VİDEO


Dünya 04 Apr 2018 10:57:00 217 0

Məşhur idmançını evində arvadı və uşağının gözü önündə öldürdülər  VİDEO

Braziliyalı 29 yaşlı MMA döyüşçüsü Adriano Mamute arvadı və 9 yaşlı uşağının gözü önündə qətlə yetirilib.

Son.az Globoesporte-yə istinadən xəbər verir ki, ailəsinin verdiyi ifadəyə görə, silahlı şəxslər öncə Mamutenin üzünə tapançayla atəş açıblar. Sonra isə döyüşçü sinəsindən bıçaqlanıb.

Son.az Skorer-ə istinadən xəbər verir ki, polisin hesabatında Mamutenin Ouetirodakı evində qətli yerli vaxtla axşam saat 23:30-da baş verib. Zəngi çalınan qapını açan braziliyalı döyüşçü qarşısında silahlı üç adam görüb.

ARVADI VƏ UŞAĞININ GÖZÜ ÖNÜNDƏ ÖLDÜRÜLDÜ

Həyat yoldaşı və 9 yaşlı övladının önündə hücuma məruz qalan Adriano Mamuteni vuran şübhəlilər evdəki mobil telefonlarını götürüblər. Bu zaman Mamutenin sağ olduğunu görən cinayətkarlar güləşçini bıçaqlayıblar. Bir müddət sonra Mamute dünyasını dəyişib.