Kaliforniyada təlimlər zamanı hərbi helikopter qəzaya uğrayıb
Dünya 04 Apr 2018 10:15:02 230 0
Dörd ekipaj üzvünün öldüyü güman edilir
ABŞ Dəniz Piyadaları Korpusuna məxsus helikopter Kaliforniya ştatının cənubunda qəzaya uğrayıb.
"Report" AP-yə istinadən xəbər verir ki, göyərtədə olan 4 ekipaj üzvünün öldüyü güman edilir.
"CH-53E Super Stallion" helikopteri Bakı vaxtı ilə dünən gecə, təqribən, saat 01:35-də El Sentro şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hərbçilərin sözlərinə görə, qəzanın səbəbi hələlik məlum deyil.
Mənbə: report.az