Mənbicdə iki hərbi baza yaradılacaq


Dünya 04 Apr 2018 09:13:00 193 0

Mənbicdə iki hərbi baza yaradılacaq

ABŞ YPG silahlılarının nəzarətində olan Suriyanın Mənbic bölgəsində iki hərbi baza yaradacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" mənbələrinə istinadən bildirilir.

Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ  kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.   

Məlumata ABŞ bazalarından birini Mənbicdən şimalda, Dadat yaşayış məntəqəsi yaxınlığında inşa etmək niyyətindədir. Həmin əraziyə xeyli sayda tikinti texnikasının cəlb edildiyi bildirilir.