Qaragilə cövhəri uşaqlıq boynu xərçəngini müalicə edir


Digərləri 04 Apr 2018 07:55:00 482 0

Qaragilə cövhəri uşaqlıq boynu xərçəngini müalicə edir

ABŞ-ın Missuri Universitetinin əməkdaşlarının unikal tədqiqat işinin nəticələri açıqlanıb. Alimlər uşaqlıq boynu xərçənginin hüceyrələrini 4 hissəyə bölərək onları tədqiq ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, birinci hissənin üzərində şüa terapiyası aparılıb. İkinci hissə üçün sırf qaragilə cövhərindən istifadə olunub. Üçüncü hissəyə şüa terapiyası və qaragilə cövhərindən ibarət kompleks təsir göstərilib. Dördüncü hissə nəzarət edilən hissə olaraq seçilib. Tədqiqat zamanı xərçəng hüceyrələrinin şüa terapiyasının təsiri ilə 20 faiz, qaragilə cövhərinin təsiri ilə 25 faiz azaldığı müəyyən olunub. Şüa terapiyası ilə qaragilə cövhərinin kompleks istifadə olunması nəticəsində xərçəng hüceyrələrinin təqribən 70 faizi məhv olub.