Biləsuvarda gənc qadın dərmandan zəhərlənib


Digərləri 03 Apr 2018 23:09:00 216 0

Biləsuvarda gənc qadın dərmandan zəhərlənib

Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Muradova Nuranə Əli qızı qəbul etdiyi dərmandan zəhərlənib. 23 yaşlı gənc Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilərək, reanimasiya şöbəsinə yerləşdirilib. N.Muradovanın vəziyyəti orta-ağır olaraq qalır.

Məlumata görə, o, hərarətinin olması səbəbindən 3 həb qəbul edib və nəticədə zəhərlənib.

Faktla bağlı araşdırmalara başlanılıb.