İmam Əlinin 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi


Digərləri 03 Apr 2018 23:10:00 333 0

İmam Əlinin 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi

Bir gün İmam Əli (ə) məscidə daxil oldu. Bir cavanı görür ki, ağlayır və insanlar da onu əhatə edib, təsəlli verirlər. İmam (ə) ona yaxınlaşır və soruşur: "Niyə ağlayırsan?

Cavan deyir: "Ya Əli! Qazi mənim üçün bir hökm vermişdir ki, bilmirəm doğrudur, yoxsa yanlış. Bu camaat atamı özləri ilə səfərə aparmışdı. İndiki qayıdıblar, atam onlarla birlikdə deyildir. Atamı onlardan soruşanda, dedilər ki, ölübdür. Dedim: "Bəs malı nə oldu?". Dedilər: "Heç bir mal qoyub getməyibdir". Onları qazinin yanına apardım və onlar and içdilər və getdilər. Halbuki, mən yaxşı bilirəm ki, atam özü ilə səfərə çoxlu mal aparmışdı".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) özü, həmin cavan və o camaat bir yerdə qazinin yanına gəldilər. İmam (ə) buyurdu: "Ey qazi! Bu insanların arasında necə hökm vermisən?".

Qazi dedi: "Bu cavan iddia edir ki, atası bu insanlarla səfərə gedib və geri qayıtmayıbdır. Onlardan soruşdum və dedilər ki, ölübdür. Soruşdum malı nə oldu? Dedilər: "Malı qalmayıbdır". Cavana dedim ki, şahidin var, o da dedi ki, yoxdur. Ona görə də onları and içdirdim.

İmam (ə) buyurdu: "Heyhat! Belə bir hadisədə belə hökm verirsən? Bu məsələdə elə hökm verərəm ki, məndən əvvəl heç kəs verməmişdir, məgər Davud peyğəmbərdən (ə) başqa".

Nökərinə əmr etdi ki, pəhləvanları çağırsın. Hər birini bir dəstəyə vəkil etdi və sonra buyurdu: "Nə deyirsiniz? Güman edirsiniz ki, mən bu cavanın atası ilə nə etdiyinizi bilmirəm? Əgər bunu bilməsəm, nadan olaram". Buyurdu: "Bunları bir-birlərindən ayırın və hər birini məscidin bir sütunun arxasında saxlayın. Başlarını paltarları ilə bağlayın ki, bir-birini görə bilməsinlər".