Ət yeməyin qadınlar üçün dəhşətli ziyanları


Digərləri 03 Apr 2018 22:54:00 230 0

Ət yeməyin qadınlar üçün dəhşətli ziyanları

Mütəxəssislər hesab edir ki, vegetarian pəhrizi ilə bu xəstəliyin öhdəsindən 20 faiz gəlmək mümkündür.

Alimlər müəyyən edib ki, qırmızı ətdən istifadə qadınlarda yoğun bağırsaq xərçənginə səbəb olur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər eyni zamanda onu da müəyyən edib ki, qırmızı ətdən tamamilə imtina etmək də bu xəstəliyin baş verməməsinə zəmanət vermir.

Məlumata görə, Britaniya alimlərinin apardığı araşdırmalarda 32 min britaniyalı iştirak edib. Həmin şəxslər 17 il müşahidə edilib. İştirakçıların özü araşdırmaçılara öz qida vərdişləri və seçimləri barədə məlumat verib.

Araşdırma zamanı 335 qadında yoğun bağırsaq xərçəngi, 119 qadında isə düz bağırsaq xərçəngi müəyyən edilib.