Əgər bu 8 qaydaya əməl etsən...


Digərləri 03 Apr 2018 22:55:00 306 0

Əgər bu 8 qaydaya əməl etsən...

Nəql edirlər ki, Hatəm Əsəm, Şəqiq Bələxinin şagirdlərindən olmuşdur. Bir gün Şəqiq ona deyir: "Ey Hatəm! Mənim sözlərimi neçə ildir ki, eşidirsən?".

Hatəm deyir: "Üç ildir".

Deyir: "Bu ildə hansı elmi əldə etmisən və məndən nə fayda almısan?".

Hatəm: "8 fayda almışam".

Deyir: "Mən ömrümün üç ilini sənə sərf etmişəm və sən ancaq 8 fayda əldə etmisən? De görüm bu 8 fayda nələrdir?".

Hatəm: "Birinci fayda budur ki, aləmdəki xəlqə baxdım və gördüm ki, hər birinin məhbubu və məşuqu vardır. Son.az deyerler.org-a istinadən bildirir ki, bəzi məhbub və məşuqlar ölənə qədər bir yerdədirlər. Bəziləri qəbrin ağzına qədər. Mən düşündüm və özümə dedim ki, ən yaxşı məhbub - o kəsdir ki, məşuqu ilə birlikdə qəbrə də girsin. Qəbirdə də onun munisi olsun. Ona görə də ehtiyat etdim, bu sifətlərə malik olan məhbub - ancaq saleh əməldir. Mən də onu öz məhbubum etdim ki, mənimlə qəbrə gəlsin.

İkinci fayda budur ki, bu xəlqə nəzər saldım və gördüm ki, hamısı öz nəfsinin vurğunudur. Mən nəfsimlə müxalif oldum və Allah Təalanın itaəti ilə hüzur tapdım.

Üçüncü fayda budur ki, bu xəlqə nəzər saldım və gördüm ki, hər kəs bir cür əziyyət çəkir. Bu dünyadan əldə etdiklərinə görə şad olurlar. Mən isə dərvişlik yolunu seçdim və dünyadan əldə etdiklərimi Allah yolunda qoydum.