Onlar işimizi də əlimizdən alacaq


Digərləri 03 Apr 2018 22:57:00 267 0

Onlar işimizi də əlimizdən alacaq

Hesabata görə, bu faiz müxtəlif ölkərə görə dəyişə bilər

Onlar dünyada 66 milyon insanı işsiz qoyacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının son hesabatında inkişaf etmiş ölkələrdə robotlar üzündən işsiz qalma ehtimalının aşağı olduğu bildirilib.

Hesabtda 32 ölkədə işlərin 14 faizinin tamamilə avtomatik olaraq görüldüyü və bu səbəblə gələcəkdə robotların əlinə keçmə riski olduğu qeyd edilib. "Bununla da 66 milyon insan işsiz qala bilər", - deyə bildirilib.

Xatırladaq ki, daha əvvəl də ABŞ-ın Oxford Universitetindən Carl Frey və Maykl Osborn adlı iki araşdırmaçı ABŞ-da işlərin 47 faizinin robotların əlinə keçmə ehtimalının olduğunu qeyd etmişdi.

.