Bu saqqız immuniteti gücləndirir


Digərləri 03 Apr 2018 21:50:00 227 0

Bu saqqız immuniteti gücləndirir

İmmuniteti gücləndirən və antibakterial, göbələk və virus əleyhinə təsirə malik propolisli saqqız hazırlandı.

Son.az deyerler.org-a istinadən bildirir ki, propolisin arılar tərəfindən yaradıldığına toxunan və çox az miqdarda olduğunu ifadə edən layihənin rəhbəri Qida Mühəndisi İbrahim Palabıyık dedi:

"Propolis, arıların ağac və bitkilərindən hazırladığı bal şamı, polen, öz ifrazatları və az miqdarda balla qarışdırıb çıxardığı xüsusi bir məhsuldur. Propolisə başqa sözlə arıların istifadə etdiyi təbii antibiotik deyə bilərik. Bununla arılar şanıların içini dezinfeksiya edirlər. Propolisin 300-ə yaxın fərqli komponentə sahib olduğu müəyyən edilmişdir. Bunlar arasında ən əhəmiyyətli qrupu flavonoid dediyimiz antioksidant maddələr meydana gətirir. Bu komponentlər sayəsində propolis immuniteti gücləndirici və antibakterial, göbələk və virus əleyhinə təsirə malikdir".