Kosmosda müəmmalı işartılar qeydə alınıb


Digərləri 03 Apr 2018 21:49:00 256 0

Kosmosda müəmmalı işartılar qeydə alınıb

Sauthempton universitetinin astronomları kosmosda mənşəyi məlum olmayan 72 bəyaz və qısamüddətli işartı qeydə alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Phys.org"da dərc olunan pres-relizdə deyilir.

Alimlər sözü gedən optik tranziyentləri (bəyazlığını dəyişən obyektlər) kainatın uzaq fəzalarını tədqiq etmək məqsədi daşıyan "Dark Energy Survey Supernova Programme" layihəsi çərçivəsində aparılan müşahidələr zamanı aşkarlayıb.

Müşahidələr Çilinin Serro-Tololo rəsədxanasının teleskopu vasitəsilə aparılıb.

İşartıları bəyazlıq səviyyəsinə görə müxtəlif ulduz partlayışlarına bənzəsə də, sonuncudan fərqli olaraq daha qısa müddətli olub.