Ankarada Ərdoğanla Putin arasında görüş başa çatıb - YENİLƏNİB


Dünya 03 Apr 2018 20:10:00 224 0

Ankarada Ərdoğanla Putin arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısı başlayıb

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başa çatıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 1,5 saat çəkib.

Bundan sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısı başlayıb.

*** 16:53

AnkaradaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısıVladimir Putin arasında görüş başlayıb.

görüş Türkiyə prezidentinin Beştəpəiqamətgahında keçirilir.

R.T.Ərdoğan V.Putini rəsmi mərasimlə qarşılayıb.

Qeyd edək ki, bu günRusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.