İtkin düşən oğlanın meyiti 15 gün ağacdan asılı qaldı


Digərləri 03 Apr 2018 19:47:00 316 0

İtkin düşən oğlanın meyiti 15 gün ağacdan asılı qaldı

Oğuz rayonunun Xaçmaz kəndində 15 gün əvvəl itkin düşən 20 yaşlı oğlanın cəsədi tapılıb.

Son.az yenicağ.az-a istinadən xəbər verir ki, əqli zəifliyi olan İsmayılov Qorxmaz Qurbanəli oğlu 15 gündür evdən çıxmış və geri dönməmişdi. Körpə yaşlarından nənəsinin yanında qalan gənc əvvəllər 2 dəfə evi tərk edib, dağda çobanlar tərəfindən tapılaraq geri gətirilib. Mobil telefonunu da evə qoyub gedən gəncin tapılması üçün aidiyyatı qurumlara müraciət edilsə də, axtarışlar bir nəticə verməmişdi.

Bu gün səhər saatlarında qonşuları öz bağlarında İsmayılov Qorxmazın cəsədini ağacdan asılı vəziyyətdə tapıblar.

20 yaşlı gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparıılır.