Avtomobillər niyə yanır? ARAŞDIRMA VİDEO FOTO


Digərləri 03 Apr 2018 18:11:00 192 0

Avtomobillər niyə yanır?  ARAŞDIRMA  VİDEO  FOTO

Son günlər ölkə üzrə 5 minik avtomobili yanıb. Həmin avtomobillərin də hamısı hərəkət zamanı alışıb. Bakıda baş verən yanğında "Jiquli" markalı maşın yandığı halda, bölgələrdəki analoji hadisə zamanı Avropa və Asiya istehsalı nəqliyyat vasitələri sıradan çıxıb.

Son.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb.

Ekspertlər buraxılış ili köhnə olan avtomobillərin bu riskə daha çox meyilli olduğunu deyirlər. Həmçinin avtomobillərə quraşdırılan əlavə cihazlar da yanğın riskini artırır. Elməddin Muradlı (Ekpert): "Amperaja diqqət etmək lazımdır. Bəzən olur ki, avtomobillərə diot və xenon işıqlar quraşdırılır. Bunlar da yanğın riskini artırır". Məlumdur ki, yanğın birbaşa alovlanma ilə baş vermir. İlkin mərhələdə böyük ziyanın qarşısını almaq mümükündür. Amma bəzi hallarda yanğın zamanı kənardan müdaxilə faktları az deyil. Emosiyalarını cilovlaya bilən və peşəkarlıq səviyyəsi yüksək olan digər sürücülər qarşılaşdığı belə hallarda daha soyuqqanlı olur. Avtomobili bütovlüklə əhatə edən naqillər digər ehtiyat hissələri kimi vaxtında yoxlanmalı və dəyişdirilməlidir. Amma burada da bir nüans var. Peşəkar usta və texniki servis mərkəzləri. Asiman Əsədov (Servis rəhbəri): "Yaxşı olar ki, tanıdıqları peşəkar ustalara müraciət etsinlər. Düzgün diaqnostika vacibdir. Amma servislərdə də həm peşəkar usta var, həm də bütün avadanlıqlar". Nəzərə almaq lazımdır ki, müasir nəqliyyat vasitlərində fövqəladə hallar zamanı mərkəzi qapanma sistemləri mövcuddur. Bu isə kiçik bir yanğın riski zamanı insan faciəsinə səbəb ola bilər. Bu kimi ağır və xoşagəlməz halları isə, heç kim yaşamaq istəməz.


Xəbərə aid fotolar