Məleykə Abbaszadə qəbulda çətinlik yaradan daha bir amili açıqladı


Digərləri 03 Apr 2018 18:06:00 281 0

Məleykə Abbaszadə qəbulda çətinlik yaradan daha bir amili açıqladı

Magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısına rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu, bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır.

Son.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Məlumdur ki, bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edirlər və ya bu materialları hansısa internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblər tərəfindən təqdim olunan ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursların adlarına rast gəlinmir".