Xoşqədəmlə Nazilə arasında qalmaqal


Şou-biznes 03 Apr 2018 17:55:00 280 0

Xoşqədəmlə Nazilə arasında qalmaqal

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərlinin qardaşının keçmiş arvadı Pərvanə "Səni axtarıram" verilişinə müraciət edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, boşandıqdan sonra iki övladı ilə evsiz qaldığını deyən Pərvanə Xoşqədəm Hidayətqızından kömək istəyib. O bildirib ki, Nazilə də ona və övladlarına kömək etməkdən imtina edib.

N.Səfərli proqrama gələrək gəlinlərini günahlandırıb və onun uşaqlarla görüşməsinə icazə vermədiyini deyib:

"Səni səhvinlə, düzünlə qəbul etmişəm. Qardaşıma yaraşmamısan. Ömür boyu qardaşımda qüsur axtarmısan. Bizim bir qardaşımız var, ondan yardım da istəmirik".

Ötən gün isə Nazilə sosial şəbəkədə video paylaşaraq X.Hidayətqızının uşaqları onların evinə gəlməsinə imkan vermədiyini bildirib:

"Yeməklər hazırlamışam ki, neçə aydır qardaşımın balalarını görəcəm. Xoşqədəm xanım, siz belə onları gətirə bilmədiniz. Niyə? Çünki dedim ki, qayınanam çəkiliş aparılmasını istəmir. Hər adam hər yerə çəkilişlə gedir?"