Bakıda polis idarəsinin rəis müavinini güllələyən şəxslərin istintaqı başa çatıb


Digərləri 03 Apr 2018 16:51:00 205 0

Bakıda polis idarəsinin rəis müavinini güllələyən şəxslərin istintaqı başa çatıb

Bakıda sabiq polis rəisi Müşfiq Mədətovu və hazırda Səbail Rayon Polis İdarəsinin (RPİ) Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin barəsində Bakı Şəhər Prokurorluğunda aparılan ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, artıq vəkillər cinayət işi ilə tanış olublar.

Cinayət işi baxılması üçün yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində "Leksus" markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.