AİDA və İslam İnkişaf Bankı Afrikada kataraktadan əziyyət çəkən insanlara yardım edir (FOTO)


Digərləri 03 Apr 2018 16:52:00 245 0

AİDA və İslam İnkişaf Bankı Afrikada kataraktadan əziyyət çəkən insanlara yardım edir (FOTO)

AİDA və İslam İnkişaf Bankı Afrikada kataraktadan əziyyət çəkən insanlara yardım etməyə davam edir

Bakı. Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü İllik Toplantısında iştirak edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində AİDA və “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanıb. Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilib.