Səhiyyə Nazirliyindən boğaz ağrısı, qızdırma ilə müşayiət olunan xəstəlik barədə AÇIQLAMA


Digərləri 03 Apr 2018 14:16:00 282 0

Səhiyyə Nazirliyindən  boğaz ağrısı, qızdırma ilə müşayiət olunan xəstəlik barədə AÇIQLAMA

Hazırda həm uşaqlar, həm də böyüklər arasında boğaz ağrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan xəstəlik, əsasən, kəskin respirator virus infeksiyasıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, kəskin respirator virus infeksiyaları həm böyüklər, həm də kiçiklər arasında müşahidə olunsa da, bu, daha çox kiçik yaşlılar arasında müşahidə edilir.