İranda çayxanada yanğın olub, 11 nəfər ölüb


Dünya 03 Apr 2018 12:48:39 201 0

İranda çayxanada yanğın olub, 11 nəfər ölüb

Ehtimala görə, yanğına qaz balonlarında baş verən güclü partlayış səbəb olub

İranın cənub-qərbindəki Ahvaz şəhərində (Xuzestan əyaləti) çayxanada baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Ehtimala görə, yanğına qaz balonlarında baş verən güclü partlayış səbəb olub.

Yanğınsöndürənlər hadisə yerinə dörd dəqiqəyə gəliblər və bunun nəticəsində binada çıxılmaz vəziyyətdə qalan onlarla insanı xilas etmək mümkün olub. Onlar yanan çayxanadan, təqribən,40 nəfəri çıxarıblar.