Birinci sinfə qəbulla bağlı yenilik


Digərləri 03 Apr 2018 11:28:48 193 0

Birinci sinfə qəbulla bağlı yenilik

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb.

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən trend-ə verilən məlumata görə, indiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır. Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədilə tətbiq olunub. Odur ki, valideynlərə birinci sinfə onlayn qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaq üçün elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə müraciət etmələri tövsiyə olunur.