Ermənistanda ağır cinayətlərin sayı 22 faiz artıb
Dünya 03 Apr 2018 11:16:33 221 0
2018-ci ilin yanvar-fevral aylarında 36 xüsusi ağır cinayət qeydə alınıb
Ermənistanda 2018-ci ilin yanvar-fevral aylarında ağır cinayətlərin sayı 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 81 hadisə, yaxud 22 faiz artıb.
“Report” “Haykakan Jamanak”a istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-fevral aylarında 36 xüsusi ağır cinayət qeydə alınıb.
Bildirilib ki, 2017-ci ilin uyğun dövründə 29 xüsusi ağır cinayət hadisəsi baş verib.
2018-ci ilin yanvar-fevral aylarında Ermənistanda cinayətlərin sayı 2017-ci ilin hesabat dövrü ilə müqayisədə 9,5 faiz artıb.
Mənbə: report.az