Qled ilə dolaşıq kabellərdən azad olun


Digərləri 03 Apr 2018 10:00:00 225 0

Qled ilə dolaşıq kabellərdən azad olun

Adətən adi televizorlar tarixə qərq olur və onların yerini tamamilə yeni, fərqli funksiyalı, incə dizaynlı modellər tutur. Belə ki, 12 il ardıcıl olaraq televizor bazarında lider olan Samsung kampaniyası Nyu Yorkda keçirilən tədbirdə QLED televizorlarının yeni 2018-ci ilə aid məhsul xəttini təqdim edib.

QLED TV-lərin iş prinsipi kampaniyanın öz istehsalı olan və televizor bazarında analoqu olmayan Quantum Dot texnologiyasına əsaslanır. Bu texnologiya daha yüksək parlaqlıq və təzadlıq ifadə edən kvant nöqtələri örtüyü əsasında işləyir. Televizor ekranının tam sahəsini əhatə edərək örtük yaradan bu nöqtələr işığı əks etdirərək rəngləri daha təbii ötürür. Yeni QLED televizorları, bir milyarda qədər rəng çaları ifadə edə bilir və bunun sayəsində gördüyünüz təsvir, sanki pəncərədər baxar kimi, daha canlı ötürülür. Bir çox hallarda otağın çox işıqlı və ya çox qaranlıq olması səbəbindən ekranda baş verənləri aydın seyr etmək mümkün olmur. Lakin QLED TV 2018 ilə bu hal baş vermir. QHDR texnologiyası sayəsində ekranda seyr etdiyiniz hər bir detal ayrı ayrılıqda qeyd edilir və işıqlandırmadan asılı olmayaraq hər bir səhnəni aydın görmək olur.

Samsung televizorları - sözün əsl mənasında sənət inciləridir ki, onların içindən sizin zövqünüzü oxşayan və məkanınıza gözəllik qatan modeli asanlıqla seçə biləcəksiniz. Bu dizaynın əsas fəlsəfəsi, sizin fikrinizi yayındıran kommunikasiya xətlərindən və digər faktorlardan azad olub, interyerə incə zəriflik bəxş etməkdir. QLED-in bütün detalları elə bir tərzdə istehsal olunub ki, gərək olmadıqca siz onların olub olmamasını hiss etməyəcəksiniz. Detallarda minimalizm sizi seyrdən və ekranda baş verənlərdən yayındırmamaq üçün nəzərdə tutulub. Buna misal olaraq "çərçivəsiz" ekranı qeyd etmək olar ki, onun sayəsində televizor interyerin bir hissəsinə çevrilərək sizin diqqətinizin yalnız ekrana yönəlməsini təmin edir. İdeal düşünülmüş divara bərkitmə sistemi və dayaq, həm etibarlı istinad, həm də estetik mükəmməl konstruksiya rolunu oynayır.