“Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur” Rəsmi açıqlama


Digərləri 03 Apr 2018 09:55:44 294 0

“Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur”  Rəsmi açıqlama

Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: "Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələt daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir".