Telegram əlavə 850 milyon dollar investisiya aldı


Digərləri 03 Apr 2018 08:59:00 264 0

Telegram əlavə 850 milyon dollar investisiya aldı

Pavel Durov və Nikolay Durov tərəfindən idarə olunan TON Issuer ilə Telegram Group şirkətləri 94 investordan daha 850 milyon dollar investisiya əldə ediblər. Ümumilikdə Durov qardaşları 1.7 milyard dollar investisiya cəlb ediblər. Bu barədə 29 Mart tarixində ABŞ-ın dəyərli kağız və birjalar üzrə komissiyasına təqdim olunmuş sənədlərdən məlum olub. Sənədlərdə investorların adları qeyd olunmayıb. İnvestisiya raundunda iştirak üçün isə minimal məbləğ 1 milyon dollar təşkil edib.

Son.az technote.az-a istinadən bildirir ki, əldə olunmuş vəsaitlər Telegram messencerinin və TON adlı blockchain platformasının inkişafına yönələcək. Qeyd etmək lazımdır ki, bu ilin Fevral ayında Telegram 81 investordan ümumi olaraq 850 milyon dollar investisiya almışdı. Güman olunur ki, messencer özünün Telegram Open Network adlı blockchain əsaslı ödəmə sistemini hazırlayır. Onun Visa və MasterCard ilə rəqabət aparacağı gözlənilir. Pavel Durov-un özü isə hələki bu cür layihənin üzərində çalışması və ya ICO mərhələsi barəsində heç bir rəsmi məlumat verməyib. Şayiələrə əsasən Mart ayında ictimai ICO mərhələsi baş tutmalı idi. Lakin onun barəsində də heç bir məlumat verilməyib.