Samsung Gear S4 ilə nəbz və təzyiqi ölçmək mümkün olacaq


Digərləri 03 Apr 2018 08:41:00 253 0

Samsung Gear S4 ilə nəbz və təzyiqi ölçmək mümkün olacaq

Ortaya çıxan bəzi məlumatlara görə, Samsung Gear seriyasının davamı olan Gear S4 modeli üçün bir sıra yeniliklər üzərində işləyir.

Son.az technote.az-a istinadən bildirir ki, Gear S3 ilə ağıllı saat bazarında müsbət rəylər alsa da, Apple Watch seriyasında olan funksiyaların bir çoxundan məhrum idi. Ortaya çıxan bəzi patentlərə görə, Samsung Gear S4 ilə birliktə artıq "Təzyiq" ölçmək mümkün olacaq. Ayrıca nəbz və bır sıra digər sağlıqla əlaqəli funksiyalar olacaq.

Gear S4, yeni Exynos 7270 prosessorunu istifadə edəcək və əvvəlkinə nəzərən daha çox performanslı və batareya ömrü uzun olacaq.